“İran 50 Şimali Koreyaya bərabərdir” – Netanyahudan sərt açıqlama

İsrailin baş naziri Benyamin Netanyahu İranla bağlı olduqca sərt bəyanatla çıxış edib.Musavat.com xəbər verir ki, o, İranı təhlükə miqyası baxımından Şimali Koreya ilə müqayisə edərək, Tehranı daha böyük risk mənbəyi kimi təqdim edib.Netanyahu bildirib:

"Heç kim Şimali Koreyanı dayandıra bilmədi və indi onun nüvə silahı və ballistik raketləri var. İran isə 50 Şimali Koreyaya bərabərdir. O, Birləşmiş Ştatları məhv etməyə yönəlib. Prezident Tramp bu reallığı anlayır".

İsrail hökumət başçısının sözlərinə görə, İranın nüvə proqramı və raket potensialı təkcə regional deyil, qlobal təhlükəsizlik üçün ciddi risk yaradır. Netanyahu çıxışında ABŞ prezidenti Donald Trampın İranla bağlı mövqeyinə də istinad edərək, Vaşinqtonun bu təhlükəni düzgün qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, son günlər İran ətrafında gərginlik artmaqda davam edir. İsrail və ABŞ rəsmiləri Tehranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edir, İran isə bu iddiaları rədd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31