Fransa Yaxın Şərq müttəfiqlərini İrandan qorumağa hazır olduğunu bəyan edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro rəsmi Parisin ehtiyac yaranacağı təqdirdə İordaniya və Körfəz ölkələrini İranın hücumlarından müdafiə etməyə "tam hazır" olduğunu bildirib.

Nazir qeyd edib ki, Fransa İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hədəf alınan və seçmədikləri bir müharibəyə sürüklənən müttəfiq ölkələrlə tam həmrəydir. Barrоnun sözlərinə görə, İranın pilotsuz uçuş aparatları və raket zərbələri regionda sabitliyi ciddi şəkildə təhdid edir.

Nazir vurğulayıb ki, İranın "ehtiyatsız hücumları" təkcə yerli dinc sakinləri deyil, həm də regionda xidmət edən fransız hərbçilərini hədəf alır.
Rəsmi Paris bu ölkələrin müdafiəsində birbaşa iştirak etməyə hazır olduğunu bəyan edərək, regional təhlükəsizliyin qorunmasında qətiyyətli addımlar atacağını bildirib.

"Fransa, İranın raket və dronlarının hədəfinə çevrilən müttəfiq ölkələrə öz tam dəstəyini və həmrəyliyini ifadə edir... Biz onların müdafiəsində iştirak etməyə hazırıq", - Jan-Noel Barro.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31