Qurumlara vətəndaşlara tam şəkildə xidmət göstərmək tapşırılıb – Pezeşkian

İran hökumətinin bütün nazirləri, təşkilatlar və icra qurumlarının rəhbərlərinə göstəriş verilib ki, vətəndaşlara tam şəkildə xidmətlər göstərilsin.

Trend-in məlumatına görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" platformasındakı hesabında paylaşım edib.

Paylaşımda bildirilir ki, nazirlər, təşkilat və icra qurumlarının rəhbərləri yetərli səlahiyyətlərlə müharibənin souna qədər xüsusi proqramlarla durmadan və vahid şəkildə vətəndaşlara xidmət göstərəcəklər.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvə obyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafına müddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın 28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarına başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb.

Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31