Yaxın Şərqdə gərginlik: Nino Tsilosani diplomatik həllə çağırdı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin vitse-spikeri Nino Tsilosani Yaxın Şərqdə yaranmış ağır vəziyyətlə bağlı açıqlama verib.

O bildirib ki, regionda baş verən xaos ciddi narahatlıq doğurur. "İran və ya İsrail - harada dinc sakinlər həlak olubsa, biz başsağlığı veririk. Həm insan itkiləri, həm də infrastruktur dağıntıları böyükdür. Hərbi müdaxilənin miqyası son dərəcə genişdir", - deyə o vurğulayıb.

Tsilosani qeyd edib ki, Gürcüstan hakimiyyəti vəziyyətin diplomatik kanallar vasitəsilə deeskalasiyasını dəstəkləyir və münaqişəyə cəlb olunan bütün dövlətləri maksimal şəkildə diplomatik mexanizmlərdən istifadə etməyə çağırır.

Hökumətin bəyanatına münasibət bildirən vitse-spiker əlavə edib ki, rəsmi Tbilisi hərbi eskalasiyada iştirak edən bütün ölkələrə və həlak olanlara - istər dövlət nümayəndələri, istərsə də mülki şəxslərə - başsağlığı verib və o da bu mövqeyə qoşulur.

"Qatilin öldürülməsi belə heç bir ölkənin qanunvericiliyində alqışlanan hal deyil. İnsan hüquqları və demokratiya prinsipləri bunu qəbul etmir", - deyə Tsilosani bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31