Keçmiş səfirdən Trampın İran siyasətinə tənqid: “Xaos hökm sürür”- ÖZƏL

ABŞ-ın İsraildəki keçmiş səfiri (2011-2017) Den Şapiro, Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarını kəskin tənqid edərək, Ağ Evin konkret hədəfinin olmadığını bildirib.
Olaylar.az xəbər verir ki, Şapiro CNN-ə müsahibəsində qeyd edib ki, Trampın açıqlamaları ziddiyyətlidir və ardıcıl deyil. 
Ziddiyyətli bəyanatlar- Tramp bir tərəfdən İranda hakimiyyət dəyişikliyi istədiyini deyir, digər tərəfdən isə mövcud hökumətlə danışıqlara hazır olduğunu bildirir.
Qeyri-müəyyən müddət-əməliyyatın müddəti ilə bağlı verilən "dörd həftəlik" proqnozlar və müxtəlif media qurumlarına verilən fərqli açıqlamalar çaşqınlıq yaradır.
Aydınlıq yoxdur. Səfirin sözlərinə görə, administrasiya təhdidin nədən ibarət olduğunu və əməliyyatın əsas məqsədini xalqa dürüst şəkildə izah etməyib.
Şapiro vurğulayıb ki, bu cür "xaotik" yanaşma həm Amerika xalqını, həm də beynəlxalq birliyi qeyri-müəyyənlik içində qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31