Ermənistan Müdafiə Nazirliyindən gərginliklə bağlı açıqlama: “Ölkədə sülhdür” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan martın 2-də parlamentdə jurnalistlərə verdiyi müsahibədə bölgədəki gərginlik və ölkənin müdafiə hazırlığı ilə bağlı tənqidlərə münasibət bildirib.

Müdafiə nazirinin ünvanına səslənən tənqidlərə, xüsusilə də regionda vəziyyətin gərgin olduğu bir vaxtda nazirin iş başında olmaq əvəzinə hakim partiyanın ("Mülki Müqavilə") avtobusu ilə icmaları gəzməsi barədə fikirlərə cavab verən Sarkisyan bildirib ki, narahatlığa əsas yoxdur: "Ehtimal ki, diqqətsiz olmusunuz, artıq Təhlükəsizlik Şurasının iclası keçirilib. Təbii ki, müvafiq qurumlar sizin narahatlığınızı aradan qaldırmaq üçün fəaliyyət göstərirlər."

Sarkisyan ölkədəki ümumi vəziyyəti sabit kimi qiymətləndirib və ictimaiyyəti bu reallığa fokuslanmağa çağırıb: "Ermənistan Respublikasında sülh hökm sürür və mən istəyirəm ki, biz bu reallığı nəzərə alaraq irəliyə doğru gedək."
Nazir müavini bir daha vurğulayıb ki, aidiyyəti orqanlar bütün zəruri işləri icra edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31