Hörmüzün bağlanması İran iqtisadiyyatı üçün ciddi çətinliklər yarada bilər- ÖZƏL

"Düşünülməsin ki, ABŞ və İsrailin sürsat ehtiyatları tükənməzdir. Zərbələr uzun müddət davam edə bilməz. Ən azından Birləşmiş Ştatlar prosesin uzanmasında maraqlı deyil. Çünki ABŞ sənayesi hərbi rejimdə fəaliyyət göstərmir və Çin faktoru Vaşinqtonu ehtiyatlı olmağa sövq edir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib: "12 günlük müharibə zamanı biz müşahidə edirdik ki, ABŞ - İsrail koalisiyanın mütləq üstünlüyü var idi. İranın hava məkanı tam nəzarətdə idi və istənilən obyekt elə İran səmasından vurulurdu. İndi isə məsələ tamamilə fərqlidir. Zərbələr İranın sərhədlərinin kənarından endirilir. Daha çox qanadlı raketlərin istifadəsi müşahidə edilir ki, bunlarda məhz tomahawklardı. Zənn etmirəm ki, ABŞ - ın aylarla zərbə endirəcək qədər Tomahawkı olsun.
Parlel olaraq İran bütün regionu qan gölünə çevirəcək strategiya üzərindən hərəkət edir. ABŞ-ın Ərəb dövlətlərindəki bazaları hədəf alınır. Eyni zamanda Hörmüz boğazının bağlanması məsələsi gündəmdədir. Bir məqamı qeyd edim ki, İran donanmasının silahlanmasında Zülfuqar sinifi mini sualtı qayıqlar mövcuddur ki, onlar məhz kamikadze zərbələri üçün nəzərdə tutulub. Onların şəxsi heyəti də, özlərini bir gün ölüm zərbəsinə hazırlayıb. Düzdür Hörmüzün bağlanması İran iqtisadiyyatı üçün də ciddi çətinliklər yaradacaq. Ancaq islanmışın yağışdan qorxusu olmaz məsəli kimi İranın mümkün bütün variantlara əl atacağı istisna deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31