Yaxın Şərqdə gərginlik artır: Tehranda Çin vətəndaşı həlak olub – ÖZƏL
13:35 DünyaYaxın Şərqdə genişmiqyaslı hərbi münaqişə kəskinləşməkdə davam edir. Bazar ertəsi günü keçirilən mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin Tehranda baş verən hərbi toqquşmalar zamanı bir Çin vətəndaşının həlak olduğunu təsdiqləyib.
Olaylar.az xəbər verir ki, "Sinxua" agentliyinin məlumatına görə, XİN rəsmisi hadisə ilə bağlı bu sözləri qeyd edib: "Biz həmvətənimizin həlak olmasından dərin kədər hissi keçiririk və mərhumun ailəsinə başsağlığı veririk".
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail qüvvələri İran ərazisinə intensiv hücumlar təşkil edir. Bu hücumlar nəticəsində ciddi dağıntılar baş verib və çox sayda insan tələfatı qeydə alınıb. İran tərəfi bu hücumlara cavab olaraq İsrailə və ABŞ-ın regiondakı hərbi bazalarına raket zərbələri endirir.