İsrailin hədəfindəki "ölüm siyahısı": "Hizbullah" lideri üçün geri sayım başladı

İsrailin müdafiə naziri İsrael Kats "Hizbullah"ın baş katibi Naim Qasemin ölkəyə edilən raket və pilotsuz uçuş aparatı hücumlarından sonra rəsmən hədəfə alındığını elan edib.

Musavat.com-un məlumatına görə nazir bildirib ki, İsrailə qarşı törədilən bu hücumların bədəli qruplaşma üçün olduqca ağır olacaq.

Katsın sözlərinə görə, hücum qərarını İranın birbaşa təzyiqi ilə verən Naim Qasem artıq "məhv ediləcək hədəflər" siyahısındadır.

Müdafiə naziri həmçinin sərt xəbərdarlıq edərək bildirib ki, İranın ali rəhbəri Əli Xameneyinin yolu ilə gedən hər kəs tezliklə onunla eyni aqibəti paylaşacaq. Bu bəyanat bölgədəki hərbi gərginliyi son həddə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31