Gürcü Arzusu: "Gürcüstan regionda sülh adasına çevrilib" – ÖZƏL

Olaylar.az xəbər verir ki, hakim "Gürcü Arzusu" partiyasının deputatı David Matikaşvili ölkəsinin xarici siyasətini və regiondakı mövqeyini yüksək qiymətləndirən bəyanatla çıxış edib. O, Gürcüstanın ətrafındakı münaqişələrə rəğmən sabitliyi qoruya bildiyini vurğulayıb.

Matikaşvilinin sözlərinə görə, Yaxın Şərqdə cərəyan edən hadisələr "Gürcü Arzusu" iqtidarının ölkədə sülhü təmin etmək istiqamətindəki fəaliyyətinin effektivliyini bir daha sübut edir: "Ətrafda baş verənlərə diqqətlə nəzər salsaq, görərik ki, Gürcüstan bir sülh adasına çevrilib. Rusiya ilə Ukrayna arasında müharibə, Yaxın Şərqdəki gərginlik fonunda Gürcüstanda sülh hökm sürür. Xalqımız və hakimiyyətimiz xarici təzyiqlərə boyun əyməyərək dayanıqlı sülhü qoruyub saxlaya bildi."

Deputat qeyd edib ki, Gürcüstan Yaxın Şərqdəki hadisələri narahatlıqla izləyir və regionda deeskalasiya üçün diplomatik yolların istifadə edilməsini vacib sayır. O, həmçinin əlavə edib ki, ölkədəki sabitlik iqtisadi və logistik üstünlüklər, o cümlədən fasiləsiz aviageşidlərin həyata keçirilməsi üçün zəmin yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31