Livan kabineti Hizbullaha qarşı sərt tədbirlər tələb edir- ÖZƏL
2 Mart 12:34 DünyaLivan hökumətinin əksər nazirləri şiə "Hizbullah" hərəkatının İsrailə qarşı silahlı hücumunu pisləyib və qruplaşmaya qarşı sərt cavab tədbirlərinin görülməsini tələb ediblər. Olaylar.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyinə Baabda prezident sarayında keçirilən kabinet iclasındakı mənbə verib.
Mənbənin bildirdiyinə görə, hökumət üzvləri "Hizbullah" tərəfindən həyata keçirilən raket atəşlərini "düşüncəsiz addım" adlandırıb və onların qarşısının qətiyyətlə alınmasını istəyiblər:
"Bir çox nazir chr("39")chr("39")Hizbullahchr("39")chr("39")-ın raket hücumlarının dayandırılmasında israr edir. Əks halda, İsrailin Livan ərazisinin geniş bir hissəsinə qurudan müdaxilə edəcəyi ilə bağlı ciddi narahatlıqlar var."
Bundan əvvəl Livanın Baş naziri Navaf Salam da ölkənin cənubundan İsrailə endirilən zərbələri tənqid edib. Baş nazir hadisədə günahkar olanların saxlanılması üçün lazımi tədbirlərin görüləcəyinə söz verib.