Xamenei bunkerə getməkdən imtina edib – İsrail KİV-dən sensasion iddia
06:33 Dünyaİsrail mediası kəşfiyyat mənbələrinə istinadən yazır ki, İranın ali rəhbəri Ayətullah Əli Xameneini təhlükəsizlik qurumlarının tövsiyəsinə baxmayaraq iqamətgahını tərk etməkdən imtina edib.
Musavat.com bildirir ki, məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) Xameneiə mümkün hava zərbələri və sui-qəsd riskləri fonunda mühafizə olunan bunkerə yerləşməyi təklif edib. Lakin ali rəhbər bu çağırışı qəbul etməyərək sona qədər öz iqamətgahında qalacağını bildirib.
İddia İsrail KİV-lərində yayılıb və rəsmi Tehran tərəfindən hələlik təsdiqlənməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31