Xameneini kim əvəz edəcək? – ABŞ kəşfiyyatından TƏCİLİ ssenari
1 Mart 00:49 DünyaABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) İrana qarşı hücumlardan əvvəlki iki həftə ərzində mümkün ssenariləri qiymətləndirib.
Globalinfo.az xəbər verir ki, kəşfiyyat məlumatları ilə tanış olan iki mənbənin sözlərinə görə, hesabatda İranın ali rəhbəri Əli Xameneinin öldürüləcəyi təqdirdə onu İnqilab Keşikçiləri Korpusunun tərəfdarlarının əvəz edəcəyi ehtimalı yer alıb.
Məlumata görə, təhlillər ABŞ müdaxiləsindən sonra İranda hansı proseslərin baş verə biləcəyini və hərbi əməliyyatın rejim dəyişikliyinə gətirib-gətirməyəcəyini araşdırıb.
Üçüncü mənbə bildirib ki, hakimiyyətin İnqilab Keşikçilərinin nümayəndələrinin əlinə keçməsi mümkün bir neçə ssenaridən biri kimi nəzərdən keçirilib.
Qeyd olunur ki, sözügedən elit hərbi qurumun əsas məqsədi İranda şiə ruhaniliyinə əsaslanan idarəetmə sistemini qorumaqdır.
CIA isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.