İran BMT tribunasında od püskürdü: 100-dən çox uşaq...
06:26 Dünyaİranın BMT-dəki daimi nümayəndəsi ABŞ və İsrailin ölkə ərazisinə endirdiyi zərbələrlə bağlı ağır ittihamlar səsləndirib.
Musavat.com xəbər verir ki, diplomat bildirib ki, ABŞ və İsrail qəsdən əhalinin sıx yaşadığı əraziləri hədəfə alıb və nəticədə böyük mülki itkilər baş verib.
Onun sözlərinə görə, məktəbə endirilən zərbə zamanı 100-dən çox uşaq həlak olub. Bundan başqa, hücumlar nəticəsində yüzlərlə mülki şəxs ölüb və ya yaralanıb. İran nümayəndəsi vurğulayıb ki, rəsmi Tehran "aqressiya dayanana qədər" özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək.
Diplomat beynəlxalq ictimaiyyəti baş verənlərə reaksiya verməyə və mülki əhalinin qorunması üçün təcili tədbirlər görməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31