Yaxın Şərqdə hava xaosu: minlərlə reys ləğv edildi
06:19 DünyaThe New York Times yazır ki, Yaxın Şərqdə zərbələr fonunda hava nəqliyyatında ciddi pozuntular qeydə alınıb.
Musavat.com xəbər verir ki, nəşr aviasiya analitik şirkəti Cirium-a istinadən bildirir: şənbə günü region üzrə 1 800-dən çox aviareys ləğv edilib, bazar günü isə əlavə olaraq təxminən 700 uçuş həyata keçirilməyib.
Məlumata görə, hava məkanının qismən bağlanması, təhlükəsizlik riskləri və marşrutların dəyişdirilməsi bir sıra beynəlxalq aviaşirkətləri uçuş planlarını təcili şəkildə yenidən nəzərdən keçirməyə məcbur edib. Bir çox tranzit reyslər alternativ marşrutlara yönləndirilib, bəzi hava limanlarında isə sərnişin sıxlığı artıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31