Pezeşkian: İran Ermənistanla strateji tərəfdaşlıq sənədini yekunlaşdırmaq niyyətindədir – ÖZƏL
11:04 DünyaOlaylar.az xəbər verir ki, Məsud Pezeşkian Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyan ilə görüşdə İranın Ermənistanla hərtərəfli strateji tərəfdaşlıq sənədinin hazırlanmasını başa çatdırmaqda qətiyyətli olduğunu bildirib.
Məlumata görə, sənədin 2026-cı ildə Ermənistanın baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı imzalanması planlaşdırılır. Bu barədə daha əvvəl İranın Ermənistandakı səfiri Xəlil Şirqolami açıqlama vermişdi.
Pezeşkian qeyd edib ki, Ermənistanla iqtisadi və nəqliyyat-dəhliz əməkdaşlığının gücləndirilməsi Tehranın əsas prioritetlərindəndir. Onun sözlərinə görə, siyasi, iqtisadi, enerji və infrastruktur sahələrində münasibətlərin inkişafı hər iki xalqın maraqlarına xidmət edir.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən, tərəflər regional sülh və sabitliyin möhkəmləndirilməsini, həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Papikyan İran ətrafındakı vəziyyətin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.