Paşinyan seçkiqabağı pensiyaları qaldırdı

Ermənistanda aprelin 1-dən etibarən pensiyalar artacaq.Modern.az xəbər verir ki, bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyan əhaliyə video müraciət edib.

Baş nazir nisbətən aşağı pensiyaların 10.000 dram (26.50 dollar), yüksək pensiyaların isə daha az məbləğdə artacağını qeyd edib. O, qeyd edib ki, keşbek nəzərə alınmaqla artım daha yüksək olacaq.

Baş nazir həmçinin pensiyaların niyə indi artırıldığı sualına da cavab verib.

"Birincisi, 2025-ci ildə Ermənistanda iqtisadi artım, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən proqnozlaşdırılandan daha yüksək olub. Bu, əlavə imkanlar yaradır və Ermənistan vətəndaşları bundan faydalanmalıdır", - deyə Paşinyan qeyd edib.

Paşinyanın sözlərinə görə, artım minimum pensiyanı minimum istehlak səbəti ilə uyğunlaşdırmaq məqsədi daşıyır və hakimiyyət buna 2026-cı ilin iyun ayına qədər nail olacağına söz verib.

Xatırladaq ki, Ermənistanda 4 aydan sonra parlament seçkiləri baş tutacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31