Azarov: Ukraynanın 2026-cı il üzrə real büdcə kəsiri 50 milyard dollar civarındadır- ÖZƏL
23 Fevral 12:43 DünyaUkraynanın 2026-cı il üçün real büdcə kəsiri təxminən 50 milyard dollar təşkil edir. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Ukraynanın sabiq baş naziri Nikolay Azarov bildirib. Onun sözlərinə görə, "Kiyev rejiminin büdcə kəsiri 30 milyard avrodan çoxdur ki, bu da təxminən 50 milyard dollara bərabərdir".
Azarov qeyd edib ki, bu kəsirin aradan qaldırılmasına Avropa İttifaqının ayırmağı planlaşdırdığı 90 milyard avro həcmində kredit də kifayət etməyəcək. O iddia edib ki, həmin vəsaitin əsas hissəsi makroiqtisadi sabitliyə deyil, hərbi məqsədlərə yönəldiləcək. Onun sözlərinə görə, vəsaitin 60 milyard avrosu silahlanmaya, 30 milyard avrosu isə büdcə kəsirinin maliyyələşdirilməsinə sərf olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31