İsrail Livanda “Hizbullah”a aid raket qurğularına aviazərbələr endirdi
16:50 Dünyaİsrail hərbi hava qüvvələrinin Livanda "Hizbullah" mövqelərinə endirdiyi aviazərbələrdə hərəkatın silahlı qanadına məxsus raket qurğuları hədəfə alınıb.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Zərbələr fevralın 19-na keçən gecə Livanın cənubunda yerləşən bir sıra rayonlara endirilib. Ordunun məlumatına görə, buraxılış qurğularından əlavə, silah anbarları və "Hizbullah" dəstələri tərəfindən istifadə edilən digər hərbi infrastruktur obyektləri də hücuma məruz qalıb.
İsrail tərəfinin bildirdiyinə görə, bu infrastruktur obyektlərinin mövcudluğu İsrail və Livan arasında atəşkəs razılaşmaların pozulması anlamına gəlir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31