Ukrayna və NATO məxfi məlumatların mübadiləsi üçün qapalı sistem yaradacaq

Ukrayna və NATO əməkdaşlığın genişləndirilməsi çərçivəsində 2026-cı ilin sonunadək qapalı informasiya mübadiləsi sistemini işə salmağı planlaşdırır.

Olaylar.az xarici KİV-ə istiandən xəbər verir ki, bu barədə NATO-Ukrayna Birgə Təhlil, Hazırlıq və Təhsil Mərkəzində (JATEC) Ukraynanın baş nümayəndəsi Valeriy Vişnevski bildirib.

"Bu, Ukrayna ilə NATO-nu möhkəm şəkildə birləşdirməli olan daha bir alətin yaradılmasıdır. Söhbət məxfi informasiya mübadiləsi sisteminin inkişafından gedir. Hazırda Ukrayna ilə NATO arasında belə bir sistem mövcud deyil", - yerli KİV-ə müsahibəsində deyib.

Vişnevski əlavə edib ki, pilot layihənin cari ilin sonunadək işə salınması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31