Tusk polşalıları dərhal İranı tərk etməyə səsləyib
16:20 DünyaPolşanın baş naziri Donald Tusk İranda olan Polşa vətəndaşlarını ölkəni dərhal tərk etməyə çağırıb.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Baş nazir bildirib ki, ABŞ-nin İrana potensial zərbələri şəraitində heç kim təxliyə olunmaq imkanına zəmanət verə bilməz.
"Mən mümkün hadisələrlə bağlı heç kəsi qorxutmaq istəmirəm, amma mənim nə demək istədiyimi hamı başa düşür. Münaqişə ehtimalı kifayət qədər realdır və bir neçə on saatdan sonra təxliyədən söhbət belə gedə bilməyəcək", - deyə Donald Tusk qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31