Rubionun bu sözləri Zaxarovanı özündən çıxardı
15:10 Dünya"ABŞ-ın Rusiya və Ukraynanı danışıqlar masasına gətirə bilən yeganə ölkə olduğunu iddia etmək düzgün deyil".
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ Dövlət katibi Marko Rubionun açıqlamasını şərh edərkən bildirib.
"Bu cür ifadə diplomatik baxımdan çətin ki, uyğun olsun. ABŞ Prezidenti Donald Trampın komandası Kiyevi böhranı hərbi deyil, danışıqlar yolu ilə ciddi şəkildə həll etməyə inandırmağa nail olarsa, bunu alqışlayarıq", - deyə o qeyd edib.
Bundan əvvəl Rubio demişdi ki, ABŞ unikal mövqedədir və dünyada Rusiya və Ukrayna nümayəndələrini danışıqlar masasına gətirə bilən yeganə ölkədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31