Britaniyalı cütlüyə İranda 10 il həbs cəzası verildi
14:47 Dünyaİran məhkəməsi britaniyalı cütlüyə 10 il həbs cəzası verib.
AZƏRTAC "The Independent"ə istinadla xəbər verir ki, Şərqi Sasseksdən olan Lindsi və Kreyq Foreman 2025-ci ilin yanvarında dünya turu çərçivəsində motosikletlə səyahət edərkən saxlanılıblar.
Cütlük casusluq ittihamlarını rədd edir.
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper hökmü tamamilə dəhşətli və əsassız adlandırıb. Nazir bildirib ki, cütlüyün təhlükəsiz şəkildə Böyük Britaniyaya qaytarılıb, ailələri ilə yenidən birləşməsinə nail olunana qədər bu məsələ İran hökuməti qarşısında qətiyyətlə və ardıcıl şəkildə qaldırılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31