Bloomberg: Aİ-nin Rusiya əleyhinə yeni sanksiyalar paketi ilə bağlı fikir ayrılığı var - ÖZƏL
17 Fevral 19:21 Dünya"Bloomberg" agentliyinin məlumatına görə, Avropa Birliyində Rusiyaya qarşı yeni sanksiyalarla bağlı fikir ayrılıqları yaranıb.
Olaylar xəbər verir ki, məqalədə deyilir ki , "Avropa Birliyinin xarici limanlara və banklara sanksiyalar tətbiq etmək cəhdi... müqavimətlə qarşılaşır" .
Qeyd olunur ki, artan fikir ayrılıqları "Aİ-nin son sanksiya paketinin effektivliyini" sarsıda bilər.
Bloomberg əvvəllər Avropa ölkələrinin Rusiyanın "kölgə donanmasına" məxsus tankerlərin ələ keçirilməsini müzakirə etdiyini bildirmişdi.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiya ilə əlaqəli olduğu iddia edilən gəmilərə sanksiyalar tətbiq edən qanun layihəsini dəstəkləyib.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31