Quş qripi pinqvinlərə də gedib çatdı

Quş qripi adı ilə tanınan "H5N1" ilk dəfə olaraq Cənubi Hind okeanının ən ucqar Avstraliya ərazilərindən biri olan Herd adasında Adeli pinqvinlərində aşkarlanıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin federal hökuməti məlumat yayıb.

Pinqvinlərin ardınca virus dəniz pişiklərində və papua pinqvinlərində də aşkar edilib. İnfeksiyanın mövcudluğu Avstraliya Antarktika Proqramının ekspedisiyası zamanı toplanmış nümunələrin laborator analizləri ilə təsdiqlənib.

Söhbət son illərdə dünyanın müxtəlif regionlarına yayılmış və vəhşi quşlar ilə dəniz məməliləri arasında kütləvi tələfata səbəb olmuş H5N1-in yüksək patogenli ştamından gedir.

Qeyd edək ki, virusun aşkarlanması ilə bağlı ilk hal deyil. 2025-ci ilin noyabrında eyni ştam cənub dəniz fillərində də qeydə alınıb. Beləliklə, bir neçə ay ərzində infeksiya həmin ərazidə məskunlaşan müxtəlif heyvan növlərində təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31