Kassis: İsveçrə Ukraynada gərginliyin azaldılması üçün platforma təmin edir - ÖZƏL

İsveçrənin xarici işlər naziri İqnazio Kassis Cenevrədə Ukrayna, Rusiya və Amerika nümayəndə heyətlərinin iştirakı ilə danışıqların başlamasından sonra bildirib ki, İsveçrə Ukraynada gərginliyin azaldılması üçün platforma təqdim edir.

Olaylar xəbər verir ki, Kassis sosial mediada yazıb : "İsveçrə ABŞ, Rusiya və Ukraynanı sülh və sabitliyə yönəlmiş üçtərəfli danışıqlar üçün Cenevrəyə dəvət edir. Biz sülhü dəstəkləmək üçün dialoq və gərginliyin azaldılması üçün platforma təmin edirik".

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da bildirib ki, görüşdə  təhlükəsizlik  və humanitar məsələlərin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, bundan əvvəl Cenevrədə Ukrayna ilə bağlı üçtərəfli danışıqlar başlayıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31