Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
16:11 DünyaGürcüstan son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini pozaraq yaşayan 57 əcnəbini deportasiya edib.
Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə, Gürcüstandan deportasiya olunan şəxslər Azərbaycan, Ermənistan, Belarus, Böyük Britaniya, Misir, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Çin, Kuba, Moldova, Sudan, Nigeriya, Rusiya, Türkmənistan, Türkiyə və Özbəkistan vətəndaşlarıdır.
Həmin şəxslərin ölkəyə girişi qadağan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31