5 həftədə 31 nəfər öldü - "Lassa" qızdırması ilə bağlı son vəziyyət
14:25 DünyaNigeriyada, heyvandan insana keçən "Lassa" qızdırması ilə bağlı son vəziyyət açıqlanıb.
Milli.Az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzindən verilən açıqlamada, yanvardan bəri "Lassa" qızdırmasının ölkənin 9 ştatına yayıldığı bildirilib.
Açıqlamada, ölkədə 5 həftə ərzində 165 "Lassa" qızdırmasının qeydə alındığı və epidemiyadan 31 nəfərin həyatını itirdiyi qeyd olunub.
"Lassa" qızdırması səbəbindən Nigeriyada keçən il 215 nəfər həyatını itirib.
Mali, Togo, Qana, Liberiya, Sierra Leone kimi bir çox Afrika ölkələrində görülən "Lassa" qızdırmasına Nigeriyada ilk dəfə 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno ştatında rast gəlinib.
Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə "Lassa" səbəbindən fövqəladə vəziyyət elan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31