Ananyan: Azərbaycanla ticarət onun iqtisadiyyatını gücləndirir – ÖZƏL
13:03 DünyaOlaylar.az xəbər verir ki, "Vahidlik Qanadları" (Krılya yedinstva) siyasi təşəbbüsünün həmtəsisçisi və iqtisadi komandasının rəhbəri David Ananyan fevralın 17-də keçirdiyi mətbuat konfransında Ermənistanın Azərbaycanla ticarət əlaqələrinə toxunub.
Ananyan bildirib ki, tədarüklərin şaxələndirilməsi dövlətin maraqlarına uyğun olsa da, idxalın hansı ölkədən gəldiyi və kimin iqtisadiyyatını maliyyələşdirdiyi ciddi nəzərə alınmalıdır. O, "Biz Azərbaycan iqtisadiyyatını böyütmək istəyirikmi?" sualını verərək, Azərbaycanın Ermənistan üçün ilkin satınalma mənbəyi olmamalı olduğunu deyib.
Siyasi tərəfə də toxunan ekspert qeyd edib ki, beynəlxalq məhkəmələrdə iddiaların davam etdiyi və bir çox həll olunmamış məsələlərin qaldığı bir şəraitdə Azərbaycanla ticarət etmək, "soyqırımı törətmiş ölkənin cinayətlərini taxıl və benzin tədarükü ilə ört-basdır edərək ona "xeyriyyəçi" obrazı qazandırmaqdır". (?)Ananyan bu addımların Ermənistanın siyasi mövqelərinə zidd olduğunu diqqətə çatdırıb.