Senator Qrem: ABŞ-ın İranla danışıqlar məsələsində İsraillə heç bir fikir ayrılığı yoxdur- ÖZƏL 

ABŞ və İsrail İranla aparılan danışıqlar məsələsində vahid mövqedən çıxış edir və iki ölkə rəhbərliyi arasında bu mövzuda heç bir fikir ayrılığı yoxdur. Olaylar.az xəbər verir ki, bu barədə Lindsey Graham portalı olan Axios-a açıqlamasında bildirib. Senator qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp ilə İsrailin Baş naziri Benjamin Netanyahu arasında İran məsələsində heç bir ziddiyyət yoxdur.
"Prezident Tramp və Netanyahu arasında heç bir fikir ayrılığı yoxdur", -deyə Qrem İsrailə səfərinin yekunlarına dair açıqlamasında vurğulayıb.
Onun sözlərinə görə, ABŞ və İsrail danışıqlar prosesi ilə bağlı fəaliyyətlərini tam koordinasiya edir və mütəmadi olaraq məlumat mübadiləsi aparırlar.
Bundan əvvəl Al-Monitor İsrail hökumətindəki mənbələrə istinadən xəbər vermişdi ki, Təl-Əviv Vaşinqtonla Tehran arasında mümkün razılaşmanın İsrailin maraqları nəzərə alınmadan əldə olunacağından narahatdır. Xüsusilə, ABŞ-ın diqqəti yalnız İranın nüvə proqramına yönəldərək ballistik raketlər və İsrailə yönəlmiş digər təhlükələri gündəmdən kənarda saxlaya biləcəyi ehtimalı qeyd olunurdu.
Məlumata görə, İranın nüvə proqramı ilə bağlı ABŞ və İran arasında növbəti danışıqlar raundunun fevralın 17-də İsveçrənin Cenevrə şəhərində, Oman vasitəçiliyi ilə keçirilməsi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31