Türkiyədə 8 vilayətdə FETÖ əməliyyatı - 18 nəfər saxlanıldı
11:55 DünyaTürkiyədə İstanbul Baş Polis İdarəsi və İstanbul Respublika Baş Prokurorluğu tərəfindən əlaqələndirilmiş şəkildə FETÖ/PDY terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində təşkilat daxilində məsul səviyyədə və təşkilat üzvü qismində fəaliyyət göstərən şəxslər müəyyən edilib.
Müəyyən edilmiş şəxslərin saxlanılması məqsədilə bu gün səhər saatlarında mərkəzi İstanbul olmaqla 8 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. İstanbul, Ankara, Elazığ, Erzincan, Qaziantep, Kastamonu, Kayseri və Samsun vilayətlərində aparılan əməliyyatlar zamanı 18 şübhəli saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31