Paveldən Ukrayna haqda mənfi proqnoz: “Bunu gözləməyin”
11:05 Dünya"Ukrayna, Avropa, ABŞ və Rusiya arasında qısa müddətdə razılaşma əldə olunacağını gözləmək sadəlövhlük olardı".Globalinfo.az xəbər verir ki, bunu Çexiya Prezidenti Petr Pavel deyib.O bildirib ki, sözügedən tərəflərin mövqelərinin yaxınlaşması və ya demək olar üst-üstə düşməsi böyük uğurdur:
"Bu müddət ərzində müxtəlif tərəflərdən nə qədər ziddiyyətli açıqlamalar eşitdiyimizi nəzərə alsaq, vacib olan Ukrayna və onun müttəfiqlərinin deyil, Rusiya ilə sülh müqaviləsinin şərtləri barədə razılığa gəlinməsidir. Moskvanın danışıqlara və güzəştə getmək üçün az hazırlıq nümayiş etdirdiyi iddia olunur. Rusiya maksimalist tələblərdə israr edir".
Qeyd edək ki, Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə keçiriləcək.