"Apple" ən ucuz noutbuklarını buraxacaq
21:06 Dünya"Apple" şirkəti yaxın zamanda ucuz "MacBook" noutbuklarını təqdim edəcək. Yeni noutbuklar müxtəlif rənglərdə buraxılacaq.
Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg"in texnologiya eksperti və insayderi Mark Qurman sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, yeni noutbuklar "Mac" xəttinin bu vaxta kimi işıq üzü görmüş ən ucuz noutbukları olacaq. Cihazların sarı, yaşıl, göy, çəhrayı, gümüşü və tünd-boz çeşidləri olacaq.
"Apple"ın ən əlçatan noutbuku13 düymlük displey və "iPhone 18 Pro" və "18 Pro Max" modellərində istifadə olunmuş "A18 Pro" prosessoru ilə təchiz ediləcək. Qurman ucuz noutbukun plastik korpusa malik olacağı barədə şayiələri də təkzib edib: onun sözlərinə görə, model - bütün Mac cihazları kimi alüminium korpusa sahib olacaq.
Qiyməti barədə rəsmi məlumat olmasa da, nəşrin yazdığına görə yeni "MacBook"un 699 dollara satılacağı gözlənilir.