Putin BRICS-də Biznes Əməkdaşlığı üzrə Milli Komitənin yaradılması barədə sərəncam verdi

Rusiya prezidenti Vladimir Putin BRICS çərçivəsində Prezident Administrasiyasının rəis müavini Maksim Oreşkinin sədrliyi ilə Biznes Əməkdaşlığı üzrə Milli Komitənin yaradılması barədə sərəncam verib.

Olaylar xəbər verir ki, müvafiq sərəncam hüquqi aktların rəsmi portalında dərc edilib.

Sənəddə deyilir ki , "BRICS Assosiasiyası daxilində Biznes Əməkdaşlığı üzrə Milli Komitə yaradılsın".

Putin daha əvvəl India Today-ə verdiyi açıqlamada vahid BRICS valyutasının tətbiqinə tələsməyin mənasız olduğunu bildirmişdi .

Noyabr ayında Rusiya lideri çətinliklər qarşısında ŞƏT və BRICS beynəlxalq birlikləri daxilində ticarət əməkdaşlığının coğrafiyasını genişləndirməyə çağırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31