Lukaşenko: Belarus Sülh Şurasında suveren mövqeyini qoruyacaq- ÖZƏL 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Sülh Şurasında suveren dövlət kimi iştirak edəcəyini açıqlayıb. Olaylar.az xəbər verir ki,  o bildirib ki, Belarus çərçivədə ciddi şəkildə işləyəcək və heç kimin yanında boyun əyməyəcək, öz mövqeyini qoruyacaq.
"Biz Sülh Şurasında ciddi şəkildə işləmək niyyətindəyik. Heç kimin yanında yer almaq və ya kiməsə tabe olmaq niyyətimiz yoxdur, suveren mövqeyimizi qoruyacağıq," - deyə Lukaşenko bildirib.
Prezident həmçinin vurğulayıb ki, Belarus əvvəllər qəbul edilmiş qərarından geri çəkilməyəcək. Eyni zamanda, Rusiyanın müttəfiqi olaraq bu sahədə birgə əməkdaşlığa hazırdır. "Təbii ki, bu mövqe həm Rusiyanın, həm də Belarusun birliyi olacaq. Biz ortaq mövqe hazırlayacağıq, çünki baxışlarımız eynidir," - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31