İrəvan: “Bakıda saxlanılan ermənilərin qaytarılması üçün gündəlik iş aparılır” – ÖZƏL

Ermənistan hakimiyyəti Bakıda saxlanılan ermənilərin geri qaytarılması istiqamətində hər gün iş aparıldığını bildirir. 

Olaylar.az xəbər verir ki, bu barədə fevralın 16-da Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim Vətəndaş Müqaviləsi partiyasının fraksiyasının katibi Artur Ovannisyan məlumat verib.

Deputat Azərbaycan Prezidenti İlham Əliyevin Bakı məhkəməsi tərəfindən məhkum edilmiş ermənilərin geri qaytarılmayacağı barədə açıqlamasını şərh edərkən deyib ki, "həmvətənlərimizin geri dönməsi üçün iş gündəlik vəzifəmizdir və bu istiqamətdə görülən işlərin nəticələrini də görmək mümkündür".

Ovannisyan etiraf edib ki, qaytarılma prosesinin müddəti və forması bir çoxlarını qane etməyə bilər. Bununla belə, o, müəyyən uğurların əldə olunduğunu vurğulayıb və "həmvətənlərimizin Ermənistana qayıtması üçün mümkün olan hər şeyi edəcəyik" deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31