Ukrayna Çexiyanın təşəbbüsü ilə 4,4 milyon mərmi əldə edib- ÖZƏL
13:49 DünyaUkrayna Çexiyanın təşəbbüsü çərçivəsində təxminən 4,4 milyon iri çaplı mərmi alıb. Olaylar.az xəbər verir ki, bu barədə Çexiyanın CTK informasiya agentliyi məlumat yayıb.
2024-cü ildə bu təşəbbüs çərçivəsində Ukraynaya 1,5 milyon, 2025-ci ildə isə 1,8 milyon iri çaplı mərmi tədarük olunub.
Təxminən 20 dövlətin qatıldığı təşəbbüs nəticəsində donor ölkələr ümumilikdə 100 milyard çex kronu (təxminən 4,6 milyard dollar) vəsait toplayıblar. Çexiya bu vəsaitin 3 milyard kronu (təxminən 140 milyon dollar) qədərini təmin edib. Təşəbbüsün həyata keçirilməsində Çexiya əsasən Danimarka və Niderlandla əməkdaşlıq edir.
Qeyd olunur ki, 24 fevral 2022-ci ildən sonra Çexiya üçüncü ölkələrdən Ukrayna Silahlı Qüvvələri üçün mərmi alışı təşəbbüsü irəli sürüb və bu alışı qərb dövlətlərinin maliyyəsi hesabına həyata keçirir.