Kirill Dmitriyev liberal elitaların yalançı təbliğatını ifşa etdi - ÖZƏL

Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev liberal elitaların panikaya düşərək ictimaiyyəti çaşdırmağa çalışdıqlarını bildirib.
Olaylar.az xəbər verir ki, o, X (keçmiş Twitter) platformasında yazıb: "Ümidsiz, korrupsiyalaşmış və yalançı sol elitalar panikaya düşür və insanları aldatmağa çalışırlar. Dünya sizin yalanlarınızdan yorulub və onları açıq şəkildə görür. Sizin qrupunuz və saxta təbliğat maşınınız ifşa olunub."
Dmitriyev qeyd edib ki, təsirini qorumaq üçün aparılan təbliğat cəhdləri artıq nəticə vermir.
O, bu açıqlamaları Polşa Baş Naziri Donald Tuskun ABŞ maliyyəçisi Ceffri Epşteynin Rusiya xüsusi xidmətləri ilə əlaqəsi ola biləcəyi iddiasına münasibət bildirərkən səsləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31