İlon Mask tarixdə sərvəti 800 milyard dolları ötən ilk insan olub
12:14 DünyaBiznesmen İlon Mask tarixdə sərvəti 800 milyard dolları ötən ilk insan olub.
Olaylar.az bu barədə Forbes nəşrinə istinadən xəbər verir.
Bu, onun raket şirkəti SpaceX-in özünə məxsus xAI şirkətini alması fonunda baş verib. Nəşrin qiymətləndirməsinə görə, sövdələşmə biznesmenin sərvətini 84 milyard dollar artırıb və nəticədə bu göstərici rekord hədd olan 852 milyard dollara çatıb.
Son bir neçə ay ərzində Maskın sərvəti üç dəfə bu cür hədlərə yüksəlib. Oktyabr ayında o, DOGE-dən istefa verməsi və Tesla səhmlərinin kəskin bahalaşmasından sonra 500 milyard dollar sərvətə sahib olan ilk insan olub. Daha sonra, dekabrın 15-də Mask 600 milyard dollar kapitala çatan ilk şəxs kimi tarixə düşüb. Təxminən bir ay əvvəl, dekabrın 20-də isə o, 700 milyard dollar həddini keçib.