İranın Türkiyə ilə bağlı xoşagəlməz təklifi – ABŞ razılaşdı
11:57 DünyaTramp administrasiyası Tehranın Türkiyədə keçirilməsi nəzərdə tutulan nüvə proqramı ilə bağlı danışıqları Omana köçürmək tələbinə razılıq verib.
Globalinfo.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
"Görüşün cümə günü keçirilməsi gözlənilir. Regiondakı ərəb və müsəlman ölkələrinin Oman görüşündə iştirak edib-etməməsi müzakirə olunur", - məlumatda bildirilir.
Qeyd edək ki, İran ABŞ-dan cümə günü keçiriləcək danışıqların yerini və formatını dəyişməyi tələb etmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31