İstanbulda ƏMƏLİYYAT: Əkrəm İmamoğlunun qaynı SAXLANILDI
11:16 Dünyaİstanbulda aparılan narkotik istintaqı çərçivəsində Dilek İmamoğlunun qardaşı Ali Kaya (Əkrəm İmamoğlunun qaynı) saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, məşhurları əhatə edən narkotik istintaqı çərçivəsində, İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlunun qaynı Ali Kaya polis tərəfindən saxlanılıb.
O, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31