Papuaşvili: Brüssel zorakılığı dəstəkləyir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Prezident sarayına hücumdan dörd ay keçməsinə baxmayaraq, Avropa İttifaqının bu hadisəni hələ də pisləmədiyini bildirib.

Papuaşvili qeyd edib ki, Brüssel öz mətbuat katibi vasitəsilə hələ hücumdan əvvəl bu proseslərə faktiki dəstək verdiyi üçün indi ondan uzaqlaşa bilmir.

O, Aİ-ni zorakılığı və ekstremizmi ört-basdır etməkdə, polisi yaralayan şəxsləri müdafiə edən təşkilatları maliyyələşdirməkdə günahlandırıb.

Parlament sədrinin fikrincə, bu mövqe Aİ-nin öz fundamental dəyərlərindən uzaqlaşdığını göstərir və qurumun gələcəyini təhlükə altına qoyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31