ABŞ konqresmeni: Gürcüstan limanları Putinin “kölgə donanması” üçün meydançaya çevrilir – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Konqresinin üzvü, Respublikaçı Partiyanın təmsilçisi Co Uilson sosial şəbəkə X-də Gürcüstanla bağlı sərt bəyanatla çıxış edib. O bildirib ki, ukraynalılar həyat uğrunda mübarizə apardığı bir vaxtda, Bidzina İvanişvilinin "marionet rejimi" Gürcüstan limanlarını Rusiyanın "kölgə donanması" üçün oyun meydançasına çevirir.

Co Uilson jurnalist araşdırmaları aparan "Ai, fakt" birliyinin məqaləsini paylaşaraq qeyd edib ki, Rusiyaya məxsus "kölgə donanması"nın bir neçə gəmisi zaman-zaman Gürcüstan limanlarına daxil olur.

"Bu, biabırçılıqdır. Ukraynalılar həyat uğrunda mübarizə apararkən, İvanişvilinin marionet rejiminin Gürcüstan limanlarını Putinin "kölgə donanması" üçün açması ilə bağlı yeni məlumatlar yayılır. Qanlı neftin daşınması üçün identifikasiya sisteminin söndürülməsi hərbi cinayətlərdə şəriklik deməkdir", - deyə amerikalı konqresmen paylaşımında vurğulayıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31