Yanvarda eksmtrimal hava böyük iqtisadi və ekoloji fəsadlara yol açıb - BMT

Yanvar ayının ekstremal hava şəraiti ciddi iqtisadi və ekoloji zərərlərə, həmçinin böyük insan itkilərinə səbəb olub.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) bəyanatında bildirilib.

Məlumata görə, Çilidə meşə yanğınları on minlərlə insanın təxliyəsinə, yüzlərlə binanın məhv olmasına və ən azı 21 nəfərin həyatını itirməsinə səbəb olub.

Argentinanın cənubunda yüksək temperatur, uzunmüddətli quraqlıq və güclü küləklər dağıdıcı yanğınlara gətirib çıxarıb, Avstraliyanın böyük hissəsini isə təhlükəli hava şəraiti ilə müşayiət olunan iki istilik dalğası əhatə edib.

ÜMT-nin məlumatına görə, digər yandan, Kanadada və ABŞ-da güclü qar yağması, soyuq və şaxtalı hava həyat üçün təhlükə yaratmışdır. Bildirilir ki, yüz minlərlə ev təsərrüfatı kütləvi uçuşların ləğvi və elektrik kəsintilərindən təsirlənmiş, bir neçə ölüm hadisəsi isə qeydə alınıb. Bundan əlavə, Avropanın böyük hissəsi güclü yağış və küləklərlə müşayiət olunan bir sıra fırtınalarla üzləşib.

Bu fırtınalar İrlandiya və Böyük Britaniyadan Portuqaliya, İspaniya və bütün Aralıq dənizi regionuna qədər bir çox ölkədə nəqliyyatın pozulmasına və daşqınlara səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31