İran və Türkiyə çətin günlərdə bir-birinə dayaq olublar - Əraqçi

İran və Türkiyə həm qonşu, həm də dost ölkələrdir. Onlar həm çətin günlərdə, həm də asan vaxtlarda bir-birinin yanında olublar. Tarix boyu bu münasibətlər dostluq xarakteri daşıyıb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçi İstanbulda türkiyəli həmkarı Hakan Fidanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Əraqçi İran xalqına verdiyi başsağlığına görə, Türkiyə XİN rəhbəri Hakan Fidana təşəkkür edib.

"Hər iki ölkə bu məsələdə həmfikirdir ki, regionumuzda baş verən hadisələr bəzi regiondankənar güclərin qeyri-legitim müdaxilələrinin nəticəsidir",- deyə Əraqçi vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31