Lukaşenkodan "Minsk qərarı": Zavodlar şəhərdən çıxarılır – ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko paytaxt Minskin həddindən artıq məskunlaşmasının qarşısını almaq və sakinlər üçün daha rahat yaşam şəraiti yaratmaq məqsədilə yeni şəhərsalma strategiyasını elan edib. 

Olaylar.az xəbər verir ki, "Planar" mikroelektronika müəssisəsinin işçiləri ilə görüşən dövlət başçısı paytaxtın gələcəyi ilə bağlı mühüm mesajlar verib.

Lukaşenko bildirib ki, artıq Minsk mərkəzində yeni sənaye müəssisələri tikilməyəcək, mövcud olanlar isə tədricən şəhər kənarına - dairəvi yoldan kənara çıxarılacaq: "Minskdə insanlar yaşamalı, küçələrdə uşaqları ilə gəzməlidirlər. İstehsalat isə şəhərdən kənarda olmalıdır. Biz metronu müxtəlif seqmentlər üzrə inkişaf etdiririk ki, insanlar 10-15 dəqiqəyə işə gedib-gələ bilsinlər. Şəhəri chr("39")
"çirkləndirməyə" icazə verməyəcəyik."

Prezident mənzil tikintisinin birbaşa istehsalatla əlaqələndiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, yeni model "istehsalat müəssisəsi + kirayə mənzil" prinsipi üzərində qurulacaq: Müəssisənin yanında 100 mənzilli kirayə evi tikilir. 20-30 il həmin müəssisədə çalışan işçi, mənzili çox ucuz qiymətə ("qəpiyə") satın ala biləcək. Şəxsi ev və ya mənzil tikmək istəyənlərə heç bir qadağa qoyulmur.

Lukaşenko paytaxt əhalisinin 2 milyon nəfərdən çox artmasını istəmədiyini və Minskin ekoloji təmizliyinin prioritet olduğunu xüsusi qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31