ABŞ-ın nüvə monitorinq təyyarəsi Böyük Britaniyaya çatıb- ÖZƏL
14:10 DünyaVaşinqton və Tehran arasındakı gərginliyin artdığı bir vaxtda, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus WC-135R Constant Phoenix nüvə monitorinq təyyarəsi Böyük Britaniyaya eniş edib. Olaylar.az xəbər verir ki, "The Daily Telegraph" qəzetinin mənbələrinə istinadən verilən məlumata görə, "nüvə qoxuyan" təyyarə daha əvvəl də 2022-ci ilin Ukrayna münaqişəsinin kəskin fazasından bir neçə həftə əvvəl Böyük Britaniyada olmuşdu.
Məlumatda qeyd olunur ki, təyyarənin ölkədə olması dərhal hərbi əməliyyatlara hazırlıq əlaməti kimi qiymətləndirilməməlidir. WC-135R Constant Phoenix nüvə silahlarının aşkarlanması və radioloji monitorinq məqsədilə istifadə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31