İran ABŞ-ni hədələdi: "Bütün bazalarınız hədəfimizdədir" – ÖZƏL
14:07 DünyaOlaylar.az xəbər verir ki, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusundakı (SEPAH) nümayəndəsi Abdullah Haci Sadiqi ABŞ və müttəfiqlərinə qarşı sərt xəbərdarlıqla çıxış edib. O bildirib ki, İrana qarşı istənilən təcavüz ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi infrastrukturunu zərbə altına qoyacaq.
Sadiqi İran Silahlı Qüvvələrinin döyüşə tam hazır olduğunu vurğulayaraq deyib: "Bu gün təkcə bir baza deyil, ABŞ-nin və onun regiondakı "muzdlularının" bütün infrastrukturu bizim əlimiz çatacaq məsafədədir. Düşmən tərəfindən atılacaq hər hansı addım quruda, dənizdə və ABŞ-nin regiondakı bütün bazalarında sarsıdıcı cavabla qarşılanacaq."
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana tərəf "nəhəng armada"nın yönəldiyini bəyan etmişdi. Tramp Tehranın danışıqlar masasına oturacağına və nüvə silahından tam imtinanı nəzərdə tutan "ədalətli" saziş imzalayacağına ümid etdiyini bildirib.
ABŞ lideri həmçinin keçən ilin iyununda həyata keçirilən "Gecəyarısı çəkici" (Midnight Hammer) əməliyyatını - İranın nüvə obyektlərinə endirilən zərbələri xatırladaraq xəbərdarlıq edib: "Növbəti hücum daha dəhşətli olacaq, buna imkan verməyin."