İran rejimi devriləcək- Türkiyə özünü hədəfə gətirməməlidir- ÖZƏL

"Türkiyənin İrana olacaq açıq və ya gizli dəstəyi ABŞ-ın İran hərbi kampaniyasında üzə çıxarsa, bu, Türkiyə üçün ABŞ-la münasibətlərin pozulması anlamına gələcək. Türkiyə özünü hədəfə gətirməməlidir. Çünki bu məsələdə Çin və Rusiya amili var və hücum olacaqsa, məsələnin daha da genişlənməsi ehtimalları vardır. Çin açıq şəkildə İrana dəstək verir. Rusiya da bacardığını edir". "Olaylar" xəbər verir ki, bunu ƏHD Partiyası İdarə Heyətinin üzvü Azər Qasımov deyib: "Türkiyə nə qədər arxa planda dursa bir o qədər yaxşıdır. Açıq deməliyik ki, ABŞ İran rejimini devirəcəksə, buna kimsə mane ola bilməyəcək. Məsələnin uzanmaq ehtimalı azdır. ABŞ ordusu qısa müddətə məsələni həll edəcək. İran rejimi devriləcək. 
Hesab edirəm ki, Azərbaycanın bu məsələdə sonrakı proseslərdəki rolu Türkiyədən çox olacaq. Diplomatik təmasların Azərbaycanla artması bunu göstərir. Hesab edirəm ki, artıq bu məsələdə Türkiyə Azərbaycanın arxasında durmalıdır. Çünki rejim yıxılacaqsa bu, Azərbaycanın məsələsi olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31