Lukaşenko kommunal xidmətlərdən narazılıqlara münasibət bildirdi- ÖZƏL
13:04 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko qarlı qışdan sonrakı dövrdə ölkədə kommunal xidmətlərin fəaliyyəti ilə bağlı TikTok platformasında səsləndirilən narazılıqlara cavab verib. Olaylar.az xəbər verir ki, Prezident Minskdə "Planar" müəssisəsinin əməkdaşları ilə görüşü zamanı bildirib ki, qarşıda hələ bir soyuq dalğası gözlənilir, lakin əvvəlki kimi 30 dərəcəyədək şaxtalar olmayacaq. Onun sözlərinə görə, hava yenə də soyuq keçəcək.
Lukaşenko sosial şəbəkələrdə, xüsusilə TikTok-da kommunal xidmətlərin işi ilə bağlı tənqidi paylaşımları izlədiyini qeyd edib. Dövlət başçısı bu cür narazılıqların cəmiyyətin kiçik bir hissəsinə aid olduğunu vurğulayıb.
"Belə fikirlər səsləndirən bir neçə nəfər var, amma bu da cəmiyyətin bir hissəsidir. Qoy yazsınlar, onların buna imkanı var", - deyə Lukaşenko bildirib.